Koronavirusun necə yayıldığını görmək üçün konsert təşkil edəcəklər
Bizi izləyin

Magazin2

Koronavirusun necə yayıldığını görmək üçün konsert təşkil edəcəklər

Alman alimləri ictimai tədbirlərdə koronavirusun yayılması ilə bağlı araşdırma aparmaq üçün konsert hazırlıqlarına başlayıb.

Publika.az xəbər verir ki, təcrübə üçün dörd min tamaşaçı toplanmalıdır. Könüllülər 18 yaşdan 55 yaşa qədər ola bilərlər. Tədqiqatda iştirak etmək istəyən hər kəsin koronavirus testinin cavabları neqativ olmalıdır.

Tamaşaçılara flüoresan dezinfeksiyaedici və aparatlar veriləcək. Onların köməyi ilə elm adamları stationda insanların yerlərini izləyəcəklər. Bu vasitələrlə elm adamları virusun böyük tədbirlərdə necə yayıldığını aydınlaşdıracaq.

Konsert bitdikdən sonra alimlər ultrabənövşəyi işığın altında bütün səthləri öyrənəcək. Tədqiqatlara əsasən hansı yerlərin təhlükəli olduğu müəyyənləşdiriləcək. Həm də təcrübədə virusun aerozollar vasitəsilə necə yayıldığını göstərəcək süni sisdən istifadə edilməsi nəzərdə tutulur.

Konsert avqustun 22-də Leypsiqdə olacaq. Bu vaxta qədər konsertdə iştirak etmək üçün minə yaxın insan sınaq üçün qeydiyyatdan keçib. “The Guardian” xəbər verir ki, konsertdə müğənni Tim Bendzko iştirak edəcək.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm