Magazin2
Hadisəyə qarşı şantaj, təhdid... - ŞOK!
Bu adamlar mənim şəxsi həyatıma təcavüz edirlər. Şantaj var, təhdid var. Karyeram ərzində heç kimlə polemikada olmamışam. Mənə ayaqlı Roberto Karlos deyənlər oldu, kök deyənlər oldu və daha nələr dedilər, amma həmişə susdum. Əvvəla mən qadınam, insanam. İl yarımdır ki, bir qrup tərəfindən təqib və təhdidlərə məruz qalıram.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Hadisə instaqramda yazıb. Sənətçi şəxsi həyatının "Söyləməzsəm olmaz" kimi maqazin proqramlarında aparıcıların gündəmə gətirməsinə qarşı çıxıb. Türkiyəli məşhur müğənni bir müddətdir onun haqqında müxtəlif iddialar səsləndirən aparıcılar Bircan Bali, Seren Serengil və Arto kimi tanınan Harutyan Dalğanın sözlərinə sərt reaksiya verib:
"Bu insanların dediyinə görə, neçə dəfə hamilə qaldım və neçə dəfə abort etdirdim. O gün göz həkimindən çıxanda da abort etdirdiyimi dedilər. Bu insanlara görə məşuqə oldum, beldən aşağı ağlınıza gələ biləcək çox şeyə məruz qaldım. İl yarımdır ki, bu adamlar tərəfindən şantaj olunuram.
Deyirəm ki, insandılar, amma bu insanlığa yaraşacaq bir şey deyil. Bu insanlar şəxsi həyatımı rəsmi şəkildə zorlayırlar. Şantaj, təhdid... Hadisə olduğum üçün bunu asanlıqla edə biləcəklərini düşünürlər? Buradan bütün qadınlara, ədliyyə nazirimizə, ədliyyə sistemimizə səslənirəm. Bu şantaj, təhdid rəsmi olaraq şəxsi həyatıma təcavüzdür! Heç bir məşhur və ya məşhur qadını bu şəkildə təhdid etmək olmaz, heç kəsi belə şantaj etmək olmaz. Bu təcavüzün qarşısını almaq üçün mübarizə aparacağam!
Siz kimsiniz? Allahmısınız?
Bu dünyada heç kimə hesab verməli deyiləm!
Burdan türk ədalətinə səslənirəm və güvənirəm!
Təkcə özüm üçün deyil, mənimlə eyni şeyləri yaşamış, yaşayacaq qadınlar və qadın həmkarlarım üçün mübarizə aparacağam.
Beldən aşağı hər kəs haqqında danışmaq hüququ görən bu proqramların mütləq nəzarət altına alınması lazımdır. Sizin maqazin xəbərləri dediyiniz şey insanları təhdid etmir".
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






.jpg)
.jpg)



























