Məşhur modelyer 98 yaşında vəfat etdi
Bizi izləyin

Magazin2

Məşhur modelyer 98 yaşında vəfat etdi

Modelyer Renato Balestra 98 yaşında İtaliyanın paytaxtı Romada vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə noyabrın 26-da “La Repubblica” qəzeti onun yaxınlarına istinadən məlumat yayıb.

Dəfn mərasimi noyabrın 29-da paytaxtın Santa-Maria-del-Popolo kilsəsində baş tutacaq.

Balestra 1924-cü ildə Triestdə anadan olub. 1954-cü ildə Romada işləməyə, dörd il sonra isə kolleksiyalarını ABŞ-da sərgiləməyə başlayıb. 1959-cu ildə modelyer Romada ilk atelyesini açıb.

Onun moda evinin kolleksiyaları müntəzəm olaraq İtaliya Moda Palatası tərəfindən 1998-ci ildən keçirilən ənənəvi Roma “Alta Roma – alta moda” nümayişlərində təqdim olunurdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm