Magazin2
Sevgilisini döyməkdə ittiham olunan "Aşk-ı memnu"nun aktyoru SUSMADI
“Aşk-ı memnu” serialında Bülent obrazını oynayan aktyor Batuhan Karacakaya keçmiş sevgilisi Ayşe Aslanpaya qarşı zorakılıq edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ayşe Aslanpay 6 aydır sevgili olduğu "Survuvor" ulduzu Batuhan Karacakayanın zorakılığına məruz qalmasından şikayətlənib. Aslanpay sosial mediada Karacakayanın onu döydüyünü etiraf etdiyi video yayımlayıb.
Sözügedən videoda Karacakaya sevgilisinə əl qaldırdığını etiraf edib: "Bu gün 15 fevral... Sevdiyim qadını incitdim. Buna çox təəssüflənirəm. Mövzunun və münaqişənin ölçüsündən asılı olmayaraq, mənə bir şey edilsə də, sevdiyim qadına zərər verdim. Bu gündən etibarən Ayşe mənə hər hansı fiziki zorakılıqla bağlı şikayəti olanda bu video ilə məni mühakimə edə bilər. O mənim videomu hər yerdə yaya bilər. Özümü müdafiə edəcək bir sözüm olmayacaq. And içirəm ki, bir daha belə bir şey olmayacaq. Ayşə mənim sevdiyim qadındır".
Aslanpayın bu paylaşımlarından sonra susqunluğunu pozan Batuhan Karacakaya zorakılıq iddiasını qətiyyətlə rədd edərək, əsl qurbanın özünün olduğunu bildirib. "İnstaqram" hesabında ardıcıl açıqlamalar verən aktyor iddia edib ki, ona qarşı irəli sürülən ittihamlar heç bir həqiqəti əks etdirmir.
"Döyülmə əlaməti yoxdur. Əksinə, döyülən və maşını ziyan görən şəxs mənəm. Dediyim hər şeyin kamera görüntüləri var. Sənədlərimi hüquq bölmələrinə təhvil vermişəm. Lazımi tədbirlər görülüb.
Uzaqlaşdırmaq qərarı almağıma, dəfələrlə avtoparkıma gizlicə girib qapımı yumruqlamasına, ailəmin evinə getməsinə, onları narahat etməsinə, iş yerimizə gəlib məni çox çətin vəziyyətdə qoymasına baxmayaraq, şikayət etmədim və səbirli davrandım. Dünənə qədər mesajlarına cavab vermədim və bu əsassız iddialarla qarşı-qarşıya qaldım. Şəxsi həyatımı hər zaman məxfi saxlamağa diqqət etmişəm. Xüsusilə birlikdə olduğum qadının mənə yaşatdığı mənfi hadisələri heç vaxt paylaşmaq istəməzdim... Həmişə səbirli olmuşam, susmuşam ki, qarşımdakı insan qadın olduğunu düşünüb zərər görməsin. Amma indi lazımi tədbirlərin görülməsi üçün bütün müraciətlərimi aidiyyəti qurumlara etmişəm".
Karacakaya daha sonra evinin qapısını yumruqlayan və mübahisə edən sevgilisinin görüntülərini yayıb. Dayanacaqda sevgilisi ilə mübahisə etdiyi videoda Karacakayanın boynunda dırnaq izləri görünüb.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?