Türk sənətçilər Hollivud ulduzlarını kölgədə qoydu - FOTO
Bizi izləyin

Magazin2

Türk sənətçilər Hollivud ulduzlarını kölgədə qoydu - FOTO

Dünən Səudiyyə Ərəbistanında Qırmızı Dəniz Beynəlxalq Film Festivalının açılış mərasimi olub.

Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, Şeron Stoun, Alessandra Ambrosio, Diana Kruger, Mişel Uilyams, Conni Depp, Uill Smit, Freida Pinto, Ed Vestvik kimi Hollivud ulduzlarının iştirak etdiyi gecədə Türkiyənin məşhur ulduzları da qonaq olub. Məryəm Üzerli, Hande Erçel, həmçinin Burak Özçivitin sözügedən təntənəli tədbirdən görüntüləri sosial mediada yayılıb. Məryəm Üzerli ilə Hande dəbdəbli geyimləri ilə dünya ulduzlarını kölgədə qoyub.

Hande gecəyə milli ərəb geyimi tərzində daş-qaşla işlənmiş və belində kəmər detalı olan qara libasda gəlib. Məryəm Üzərli də həmrakı kimi qapalı libasa üstünlük verib.

Məryəmin Uil Smitlə söhbətləşərkən lentə alınan görüntüləri də diqqət çəkib. Həmçinin aktrisanın üzündə də dəyişiklik olduğu nəzərə çarpıb. 40 yaşlı aktrisanın üzünü yenidən dartdığı və botoks etdirdiyi iddia olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm