“Evdə tək”in məşhur ulduzları 33 il sonra BİR ARADA - FOTO
Bizi izləyin

Magazin2

“Evdə tək”in məşhur ulduzları 33 il sonra BİR ARADA - FOTO

Dünyaca məşhur “Evdə tək” bədii filminin əsas qəhrəmanları Makaley Kalkin və Ketrin Ohara uzun illər sonra bir araya gəlib.

Pubika.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün Makaley Kalkinin adı “Ulduzlar xiyabanı”na həkk olunub.

Bununla əlaqədar, baş tutan tədbirdə dəvətlilər sırasında Ketrin Ohara da yer alıb. 1990-ci ildə çəkilən ekran əsərində “ana-bala” obrazını canlandıran aktyorlar bir-biri ilə səmimi ünsiyyət qurublar.

Makaley və Ketrinin birgə çəkilən yeni fotosu sosial şəbəkələrdə maraqla qarşılanıb. Aktyorların 33 il əvvəl filmdə çəkilən şəkili ilə indiki fotoları kollaj edilərək paylaşılıb.
Qeyd edək ki, hazırda Ketrin Oharanın 69, Makaley Kalkinin isə 43 yaşı var. Sözügedən film hər il yeni il ərəfəsində dünyanın bir çox televiziya kanallarında nümayiş edilir. (bizim.media)







Oxumağa davam et
Reklam
Reklam

Gündəm