Məşhur müğənni 2 milyona yaxın borc içində
Bizi izləyin

Magazin2

Məşhur müğənni 2 milyona yaxın borc içində

Valeri Meladzenin vergi xidmətinə 1,7 milyon rubl (təxminən 19 min dollar) borcu olduğu üzə çıxıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Kanalda qeyd edilib ki, müğənninin bu yaxınlara qədər 275 min rubl borcu olsa da, dekabrın əvvəlində bu borc 1,7 milyon rubla yüksəlib.

Kanal əlavə edib ki, bu, ulduzun çıxışlarının yüksək qiymətləri ilə bağlı ola bilər. Məsələn, Meladzenin Yeni il korporativ şənliyinin dəyəri təxminən 80 min avrodur.

Qeyd edək ki, gürcü əsilli ulduz Ukraynada xüsusi hərbi əməliyyat başlayandan az sonra Rusiyanı tərk edib. Müğənni Rusiya və Ukraya haqqında heç bir tərəf tutmamağa çalışsa da, onun Dubaydakı korporativ ziyafətdə Ukraynaya dair səsləndirdiyi şüarlar səsləndirdiyi üzə çıxdı. Bundan sonra Valeri Rusiyada onun xarici agentlər siyahısına salınması tələb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm