Məşhur müğənninin atasının ayağını kəsdilər
Bizi izləyin

Magazin2

Məşhur müğənninin atasının ayağını kəsdilər

Britni Sprisin atası Ceymi Sprisin ayağı amputasiya olunub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bir müddətdir səhhətində ciddi problemlər olan Ceymi Sprisin bədənində ciddi infeksiya aşkar edilib.

TMZ-nin əldə etdiyi məlumata görə, Britni Sprisin atasının ayağı bir ay əvvəl amputasiya edilib və 5 dəfə əməliyyat keçirib. Ceyminin vəziyyətinin yaxşılaşmadığı və digər xroniki xəstəliklərlə mübarizə apardığı bildirilib. Mənbələr Ceyminin ayağı kəsildikdən sonra Britninin atasına qarşı yumşaldığı, hətta ona pul da göndərdiyini vurğulayıb. Həmçinin bildirilib ki, Ceymi qızı ilə barışmaqdan başqa heç nə istəmir.

Qeyd edək ki, 2008-ci ildə qəbul edilən qərara uyğun olaraq Britni Sprsin müstəqilliyinin ciddi bir hissəsi əlindən alındı. Maliyyə, karyera və şəxsi qərarlarının əksəriyyəti atasının razılığı olmadan verilə bilməz. 13 illik qəyyumluğu başa çatdıqdan sonra Spris azadlığını bərpa edib və atası ilə münasibətlərinin yaxşı olmadığı üzə çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm