Ancelina Coli Hollivudu yerlə bir etdi: Bu ölkədə yaşamaq istəyir - FOTO
Bizi izləyin

Magazin2

Ancelina Coli Hollivudu yerlə bir etdi: Bu ölkədə yaşamaq istəyir - FOTO

Ancelina Coli WSJ-yə yeni müsahibəsində Bred Pittdən boşanmasının nəticələrindən danışıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisanın sözlərinə görə, bu ayrılıq onun həyatını çox dəyişib.

"Boşandıqdan sonra həyatımdakı əsas dəyişiklik o oldu ki, yaşamaq və sərbəst səyahət etmək qabiliyyətimi itirmişəm. İmkan düşən kimi köçəcəm. Mən olduqca kiçik bir yerdə böyümüşəm. Hollivud sağlam yer deyil. Onun yaxınlığında böyüdüm, buna görə də heç vaxt Hollivudu vacib və ya təsirli hesab etməmişəm", - deyən aktrisa Kambocada yaşamaq istədiyini etiraf edib.

Ancelina əlavə edib ki, əgər bu gün yenidən peşə seçmək şansı olsaydı, aktyorluq karyerasını seçməzdi. Aktrisa həyatının şəxsi təfərrüatlarını daim bölüşmək məcburiyyətində qalmasını sevmir və hamının diqqətinin daim üzərində olması onu çox narahat edir: "İlk işə başlayanda bu qədər ictimai şəxs olacağımı və bu qədər çox şey paylaşmalı olacağımı gözləmirdim".

Coli etiraf edib ki, indi demək olar ki, heç bir "sosial həyatı" yoxdur: onun dostları azdır və o, ən çox uşaqları ilə ünsiyyət qurur. Bundan əlavə, onun yaxın dostları arasında bir neçə qaçqın da var.

"Çətinliklərdən keçmiş insanlar daha dürüst və ünsiyyətcildirlər, özümü onlarla daha rahat hiss edirəm. Nə üçün bu insanlarla vaxt keçirməyi xoşlayıram? Onlar həyatda o qədər çox şeylə üzləşiblər ki, bu, təkcə güc qazanmağa deyil, həm də insanlığa kömək edir".

Coli hazırda Nyu-Yorkda mağaza açmağa hazırlaşdığını qeyd edərək, onun üçün sərfəli olmasa belə, qaçqınlara iş verəcəyini etiraf edib: "Yəqin ki, pul itirəcəm, bəlkə də bir müddət. Nəhayət bəzi arzularımı təcrübədə də həyata keçirə bilsəm, düşünürəm ki, bu, irəliləyişlər böyük bir qazanc olacaq".

Coli, məhkəmə prosesi 7 il davam edən Bred Pittdən qalmaqallı boşanmasından da söz açıb. Onun sözlərinə görə, bu müddət ərzində o, cəmi beş filmdə rol alıb. "Sadəcə bütün bunlardan sağalmaq lazım idi" deyən kino ulduzu aktyorluq karyerasından da imtina etməyi düşündüyünü gizlətməyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm