Maykl Ceksonun ilk studiya yazısı satışa çıxarılacaq - FOTO
Bizi izləyin

Magazin2

Maykl Ceksonun ilk studiya yazısı satışa çıxarılacaq - FOTO

50 ildən artıqdır ictimaiyyətdən gizlədilən Maykl Ceksonun ilk studiya yazısı "Anotherblock" platformasında yayımlanacaq.

Publika.az xəbər verir ki, bu barədə musiqi platforması məlumat yayıb.

Qeyd olunub ki, 13 iyul 1967-ci ildə 8 yaşlı Cekson və onun "The Jackson 5"dan olan qardaşları Çikaqodakı "One-derful" studiyasında ilk seanslarını ediblər. Həmin vaxt Cekson "Big Boy" trekini ifa edərək ilk dəfə studiya mikrofonunda oxuyub.

Daha sonra mahnının başqa bir versiyası 1968-ci ildə qrupun ilk sinqlı olaraq buraxılıb. Orijinalı isə 2009-cu ildə jurnalist Ceyk Ostin aşkar edib.

"Big Boy" adi buraxılışda 25, məhdud sayda isə 100 dollara satışa çıxarılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm