Beren Saat: Mən utandım - VİDEO
Bizi izləyin

Magazin2

Beren Saat: Mən utandım - VİDEO

O qədər çox insan acı çəkir ki, sevincli bir post paylaşamağa utanıram. Amma həyatımızı yaşayayırıq, təbii ki, yaşayacağıq. Dostum ad günü keçirirsə, təbii ki, ora gedəcəyəm, onu təbrik edəcəyəm və hədiyyə alacağam. Çünki burda həyat davam edir. Amma başqa bir tərəfdə də həyatın davam etmədiyi bir dünya var.

Publika.az xəbər verir ki, bu sözləri "İstanbula son çağırış" filmi ilə ekranlara qayıdan aktrisa Beren Saat deyib. Kino ulduzu zəlzələdən sonra sosial mediada aktiv olmamasının səbəblərini bölüşüb.

"Sosial mediada əvvəlki kimi paylaşım edə bilməməyimin bir səbəbi də budur. O qədər çox insanın həyatı dağıldı ki, mən öz parlaq həyatımı paylaşmaqdan utandım", - Beren bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm