Magazin2
Məşhur qadın rejissor vəfat etdi - FOTO

Türkiyəli rejissor, ssenarist və prodüser Birsen Kaya 81 yaşında dünyasını dəyişib.
Publika.az "Habern Global"a istinadla xəbər verir ki. bu barədə rejissor və prodüser Biket İlhan paylaşım edib.
Qeyd edək ki, Birsen Kaya Türkiyənin ilk qadın rejissorlarından biri olub.
“Macəra filmləri ilə tanınan ilk qadın rejissorlardan biri Birsen Kayanı itirdik. Kino həyatına Halit Refiqin assistenti kimi başlayan Kaya 15 filmə rejissorluq edib. Ötən illərdə Adana “Qızıl Koza” Film Festivalında görüşmüşdük. Rejissorluq etdiyi illərdən, o çətin şəraitdə yaratdığı möcüzələrdən danışmışdı. Hüzur içində yatsın, əziz dostumuz”, - deyə Biket İlhan bildirib.
Birsen Kaya 1963-cü ildə film çəkilişi meydançalarında “Artist” jurnalı üçün müsahibələr alan müxbir kimi fəaliyyət göstərib, daha sonra Halit Refiqin köməkçisi kimi işə başlayıb. Refiqin “Gurbet kuşları” filmi ilə sektora girən Kaya 200-ə yaxın filmdə assistent kimi çalışıb. Rejissor Nazmi Özer xəstələnərək “Qanlı tale” filmini yarımçıq qoyduğu zaman Birsen Kaya bu filmi tamamlayıb və rejissorluğa addım atıb. Ssenarilərinin çoxunu özü yazıb. “Genelevde kirli evler” işi ilə ilk erotik filmlərdən birini çəkib. Daha sonra “Killing” kimi cizgi romanı qəhrəmanlarını kinoya uyğunlaşdırıb. Ümumilikdə 15 filmə rejissorluq edib ki, bunlardan 11-nin ssenari müəllifi də özü olub.
Kaya 1970-ci illərdə kino sahəsindən ayrılıb.




-
Sosial05:15
Mehriban Əliyeva qızı ilə - FOTO
-
Avropa04:44
Fransa ordusuna MÜHARİBƏ MESAJI - “Döyüşə girməyə qadir olmalıdır”
-
Sağlamlıq04:14
Bir stəkanda min bir dərdin dərmanı var
-
Kriminal03:13
Həbsdən çıxan ata iki telefon işlədən qızının qatili oldu - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Region02:22
İranda güclü zəlzələ oldu
-
İdman01:41
Avropa Liqası: “Fənərbağça” Fransa klubunu məğlub etdi
-
Səhiyyə00:45
"Dr Gülü" yenə həkimliyə başlayıb? - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Elə bir fürsət yaranacaq ki...