İqtisadi gündəm
Nə gələn var, nə də gedən: Azərbaycanda bu sektor niyə çökür?
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 182 ölkəsindən 1 milyon 720,5 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azdır. Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalaraq 1 milyon 419,2 min nəfər olub.
Turizm eksperti Samir Dübəndi Publika.az-a açıqlamasında bildirdi ki, azalma bir neçə amillə bağlıdır. Onun sözlərinə görə, əsas səbəblərdən biri uçuşların sayının azalmasıdır:
“Son vaxtlar hava əlaqələri zəifləyib. Hava yolu əsas nəqliyyat vasitəsi olduğuna görə uçuşların sayı, tarifləri və əlaqələrin məhdudluğu turist axınını ciddi məhdudlaşdıra bilər. Digər səbəb isə geosiyasi vəziyyətdir. Hazırda baş verən hadisələr insanlarda risk təəssüratı yaradır. Eyni zamanda bölgədə yaranan gərginliklər səbəbindən bəzi uçuş marşrutları dəyişir. Bu faktorlar da turistlərin seçimlərinə təsir edir”.
Samir Dübəndi əlavə etdi ki, Azərbaycana gələn turistlərin əsas hissəsi məhdud sayda ölkələrdən gəlir ki, bu da statistikaya birbaşa təsir göstərir:

“Turizm bazarlarında diversifikasiya zəifdir. Turistlərin əksəriyyəti MDB və Körfəz ölkələrindən gəlir. Bu bazarlarda baş verən cüzi azalma belə ümumi statistik göstəricilərdə ciddi geriləməyə səbəb olur. Digər ölkələrdən kifayət qədər turist gəlmədiyi üçün bu boşluğu doldurmaq mümkün olmur.
Eyni zamanda, rəqabətin artması və digər ölkələrin daha güclü marketinq strategiyaları da təsirsiz ötüşmür. Qonşu ölkələr turizm sahəsində inkişaf edərək infrastruktur və xidmət keyfiyyətini artırırlar. Daha sərfəli paketlər və cəlbedici kampaniyalar təklif edirlər. Bu səbəbdən turistlər Azərbaycan əvəzinə həmin ölkələri seçirlər”.
Statistikaya görə, bu il Azərbaycana gələn turistlərin 22,6 faizi quru yolla ölkəyə daxil olub. Quru sərhədlər hələ də bağlı olduğu halda bu göstərici necə formalaşır?
İqtisadçı-ekspert Razi Abasbəylinin sözlərinə görə, Azərbaycanda quru sərhədlər bağlı olsa da, müəyyən hallarda ölkəyə quru yolu ilə daxil olmaq mümkündür:

“Beynəlxalq yükdaşımalar davam edir. Diplomatlar, beynəlxalq tədbirlərdə iştirak edənlər, media nümayəndələri, müalicə məqsədilə gələnlər və müəyyən layihələrdə iştirak edən şəxslər üçün istisna hallar tətbiq olunur. Eləcə də dəniz yolu və avtobus reysləri ilə də məhdud sayda turistin ölkəyə gəlişinə imkan yaradılır. Bu hallar quru sərhədlərin tam açılması anlamına gəlmir. Bütün girişlər xüsusi icazə və razılaşmalar çərçivəsində həyata keçirilir”.
Roza Şəfiyeva
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanıb.

-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
-
Maraq dünyası09:44Epşteynin 100 milyonluq sərvətinin varisi bəlli oldu: Belarusdandır
-
Sosial08:48Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək






.jpg)










.jpg)
.jpg)








.jpg)











