Səhiyyə
"Dr Gülü" yenə həkimliyə başlayıb? - VİDEO
Sosial şəbəkələrdə saxta həkim olduğu iddia edilən və "Uğur-777" estetik klinikasında qeyri-etik görüntüləri gündəm olan Gülbadə Abdullayevanın yenidən fəaliyyətə başlaması ilə bağlı video yayılıb.
Publika.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, videoda pasiyent klinikaya gəlir, həkimlə görüşür və liposaksiya ilə buxaq əməliyyatı olunmaq istədiyini bildirir. Sosial platformalarda "Dr Gülü" kimi tanınan Gülbadə Abdullayeva yeni ünvanda pasiyentləri qəbul edir.
O, "Dost" Estetik Mərkəzində çalışdığını təsdiqləyib, lakin cərrah kimi fəaliyyətə hələ başlamadığını bildirib.
Adının Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində olmadığı halda necə fəaliyyət göstərdiyinə gəlincə, G.Abdullayeva diplomunun tanınması üçün artıq müraciət etdiyini deyib.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, Gülbadə Əliqismət qızı Abdullayevanın adı Nazirliyin tibb işçilərinin vahid reyestrində yoxdur və onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.
Mərkəz, həmçinin qeyd edib ki, "Dost" Estetik Mərkəzi tibb müəssisəsi deyil və tibbi fəaliyyət üçün lisenziyası yoxdur. Bu mərkəz həm Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələrinin bazasında, həm də Dövlət Vergi Xidmətinin vergi uçotunda qeydiyyatda deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal22 Oktyabr 20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi


































