"Issız adam" filminin ulduzu boşanır: Evlərini ayırıblar
Bizi izləyin

Magazin2

"Issız adam" filminin ulduzu boşanır: Evlərini ayırıblar

"Issız adam" filmində canlandırdığı obraz sayəsində daha böyük populyarlıq əldə edən aktyor Cemal Hünal ilə 13 illik həyat yoldaşı Lale Canqal ayrılmağa qərar veriblər.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə aktyorlar instqramda məlumat paylaşıb. Bir müddətdir ayrı yaşadıqlarını deyən cütlük boşanma prosesini rəsmiləşdirmək üçün hələ məhkəməyə müraciət etmədiklərini bildiriblər.

"Bir müddətdir mətbuatda yer alan xəbərlə bağlı açıqlama verməyə ehtiyac duyduq. Evlərimizi ayırdığımız doğrudur. Ancaq hələ ki, rəsmi müraciət etməmişik. Prosesi həm bizim, həm də övladımızın maraqlarına uyğun idarə etmək üçün vəkilimizlə görüşürük.

Yekun qərarı paylaşacağıq. O vaxta qədər sizdən xahiş edirik ki, ailəmizin keçdiyi bu həssas prosesə hörmətlə yanaşasınız və bizim tərəfimizdən olmayan heç bir açıqlamaya etibar etməyəsiniz", - məşhurlar bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm