"Dünya gözəli"nin at belində görüntüləri OLAY OLDU - VİDEO
Bizi izləyin

Magazin2

"Dünya gözəli"nin at belində görüntüləri OLAY OLDU - VİDEO

"Dünnyanın ən gözəl qadını" kimi tanınan model Bella Hadid İtaliyanın "Vogue" jurnalının üz qabığına çəkilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, fələstin əsilli model jurnalın yeni sayının üz qabığı üçün poza verib. Kadrda model "Balenciaga"nın uzun paltarında, atın üstündə dayanaraq pozalar verib. Fotonun mövzusu təsadüfən seçilməyib. Bella son vaxtlar podiuma çıxmaqdan imtina edir, lakin atlarla və atçılıq turnirlərində çox vaxt keçirir. Onun ötən il görüşməyə başladığı yeni sevgilisi Adan Banuelos peşəkar atçılıqla məşğuldur. Görünür, atlara olan həvəsləri onları bir araya gətirib. Yeri gəlmişkən, əvvəllər yalnız böyük şəhərlərdə yaşayan Bella Hadid sevgilisinə görə, Texasa köçməyə qərar verib. Bundan əlavə, Bella kovboy tərzi üçün yeni bir tendensiya təyin edib, son vaxtlar o, tez-tez cins, papaq və kovboy çəkmələrində görünür.

"Vogue" jurnalına müsahibəsində Bella etiraf edib ki, bu il onun "uniforması" məhz belədir - "ağ mayka, düyməli köynək, cins şalvar, vintaj kəmər və kovboy çəkmələri".

Bellanın sözlərinə görə, o, indi özünü "şüurlu" hiss edir: "Məni ailəm və dostlarım əhatə edir, komandam heyrətamiz və hər gün məni ruhlandıran yaradıcı insanlarla doludur. Mənə belə gəlir ki, ən orijinal mənliyimi göstərəndə, əşyalar və insanlar bir-birinə uyğun gəlir".

Məlumat üçün bildirək ki, dünyanın ən çox tələb olunan simalarından olan modelin gözəlliyi riyazi olaraq sübut olunub. Bellanın üz cizgiləri Antik Yunanıstanda qəbul edilən gözəllik qızıl bölgüsünə uyğun gəlir. Qızıl nisbətini latın dilində ilk istifadə edən böyük ehtimalla Leonardo Da Vinçidir. İntibah dövrünün rəssamları rəsmlərində və heykəllərində tarazılıq və gözəlliyi əldə etmək üçün Qızıl Bölgüdən çox vaxt istifadə edib. Bellanın üzünün isə qızıl nisbətinə uyğunluğu 94,35 fazdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm