Seda Sayanın ev dəyərində çantası dillərdən düşmədi - FOTO
Bizi izləyin

Magazin2

Seda Sayanın ev dəyərində çantası dillərdən düşmədi - FOTO

Şəxsi həyatı, açıqlamaları və sosial media paylaşımları ilə hər zaman diqqət mərkəzində olan Seda Sayan bu dəfə 2 milyon 665 min TL-lik çantası ilə gündəm yaradıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yalnız xüsusi günlər və bayramlarda istifadə olunduğu iddia edilən çantanın şəxsən Sevda Sayan üçün istehsal edildiyi ortaya çıxıb.

Fransanın dünyaca məşhur "Hermes" brendinə məxsus çantanın qiyməti 83 min dollar, yəni 2 milyon 665 min TL-dir (təxminən 141 min manat). Ulduzun çantası "Aramızda Kalmasın" maqazin verilişində də müzakirə edilib. Həmin çantanı almaq üçün alıcıların aylarla növbə gözlədiyi qeyd olunub.

"Bu çantalar yəqin ki, nəyinsə vizası və ya pasportudur. Məsələn, məşhurlar onu sosial həyatda taxmasalar, nəsə düz olmayacaq sanki. Seda Sayanın buna ehtiyacı yoxdur", - Müge Dağistanlı vurğulayıb.

Yelda Kırçuval bu çantaların çoxlu surətinin olduğunu və onların orijinal olub-olmaması arasındakı fərqin "tüpürcək" ilə yoxlandığını söyləyib. "Əlinizi tüpürcəyə vurub çantaya sürtdükdə sürüşürsə, orjinal deyil" , - aparıcı əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm