Məşhur aktyor dəfn mərasimində adam vurdu - FOTO
Bizi izləyin

Magazin2

Məşhur aktyor dəfn mərasimində adam vurdu - FOTO

Aktyor Saruhan Hünel həmkarı Erkan Petekkayanın atası Akın Petekkayanın dəfn mərasində qəza törədib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Kavacık Görele məscidində keçirilən mərasimə Mahsun Kırmızıgül, Aslıhan Karalar, Saruhan Hünel, Ferman Toprak, Burak Sağyaşar və Mehmet Yiğit Alp kimi ulduzlar qatılıb. Cənazə namazından sonra Akın Petekkaya Görele qəbiristanlığında dəfn edilib.

Saruhan Hünel izdihamın olduğu yerdə avtomobillə bir vətəndaşı vurub. Aldığı zərbədən yerə yıxılan vətəndaşın ayağı şişib və göyərib. Qəza nəticəsində yaranan gərginlikdən sonra açıqlama verən Hünel "Əks istiqamətdən gələn bir avtomobil məni küncə sıxdı. Sağa keçmək istəyərkən adamın ayağını əzdim. Xəstəxanaya aparmağı təklif etdim. Cənazədən sonra xəstəxanaya gedəcəyik" deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm