Süni intellekt Keti Perrinin anasını çaşdırdı
Bizi izləyin

Magazin2

Süni intellekt Keti Perrinin anasını çaşdırdı

ABŞ-ın Nyu-York şəhərində keçirilən və moda dünyasının ən önəmli gecəsi sayılan Met Gala gecəsində müğənnilər Keti Perri və Rihannanın süni intellektlə yaradılan görüntüləri maraqla qarşılanıb.

Publika.az xəbər verir ki, məşhur iki ad gecəyə qatılmasa da, fanatlardan biri “Kati Perri və Rihanna Met Gala-da iştirak etsəydilər necə görünərdilər?” suala cavab vermək üçün süni intellektlə vizual görüntülər yaradıb.

Sosial şəbəkələrdə paylaşılan bu görüntülər milyonlarla bəyənmə və şərh alıb. İş o yerə çatıb ki, Perrinin anası “Met Gala”ya getdiyini bilmədiyini yazıb. O isə anasına “Səni də süni intellekt aldatdı, ayıq ol” deyə cavab verib. Məşhur müğənni fotoların real olmadığını açıqlayıb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm