Dilan Polat gizli şəkildə ekspertizaya aparıldı: sərbəst buraxılacaq?
Bizi izləyin

Magazin2

Dilan Polat gizli şəkildə ekspertizaya aparıldı: sərbəst buraxılacaq?

Həbsdə olan türkiyəli fenomen Dilan Polatın Banu Parlak hadisəsi ilə bağlı məhkəmədən sonra keçirdiyi gərginlik səbəbilə vəkilləri tərəfindən sərbəst buraxılması tələb edilib. Polat dünən gizli şəkildə Ədliyyə Tibb Təşkilatına göndərilib.

Publika.az xəbər verir ki, Dilan Polat dünən Mərmərə həbsxanasından çıxarılaraq Əqli Tibb Ekspertizasına gətirilib. Məmurlardan başqa heç kimin görmədiyi Polat təxminən 1,5 saat Ədliyyə Tibb İdarəsində qalaraq müayinədən keçib.

Vəkilləri Polatın həbsxanada qala bilməyəcəyini bildirib və onun azadlığa buraxılmasını tələb edib. Vəkillərin bu tələbinə cavab verən prokuror bunun üçün Ədliyyə Tibb Təşkilatının hesabatının lazım olduğunu qeyd edib.

Tələb olunan hesabatın təxminən 1 aya hazır olacağı deyilib. Yalnız bundan sonra Polatın həbsdən çıxıb-çıxmayacağı bəlli olacaq.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm