Məşhur aktyor vəfat etdi - FOTO
Bizi izləyin

Magazin2

Məşhur aktyor vəfat etdi - FOTO

Yeşilçam ulduzu, məşhur türkiyəli aktyor Murat Soydan dünyasını dəyişib.

Publika.az xəbər verir ki, aktyor 83 yaşında vəfat edib.

Murat Soydanın qızı Mehveş Soydan üzücü xəbəri sosial media hesabında paylaşıb: "Əziz atamı itirdik. Başımız sağ olsun".

Əsl adı Rüçhan Tercan olan Murat Soydan 2 oktyabr 1940-cı ildə İstanbulun Üsküdar rayonunda anadan olub. Kino sənətinə 1966-cı ildə “Silahsız Qəhrəman” filmi ilə başlayan Murat Soydan 200-ə yaxın filmdə çəkilib. Sənətçi bir müddət Kino Aktyorları Assosiasiyasının prezidenti olub. O, bir çox filmdə Türkan Şoray və Hülya Koçyiğitlə baş rolu paylaşıb.

1972-ci ildə "Zülüm" filmindəki roluna görə 9-cu Antalya Qızıl Portağal Film Festivalında Ən Yaxşı Kişi Oyunçu Mükafatını qazanıb.

Murat Soydan 2016-cı ildə həyatı və filmləri haqqında kitab nəşr etdirib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm