Sezen Aksu meşə salır: Məqsədi nədir?
Bizi izləyin

Magazin2

Sezen Aksu meşə salır: Məqsədi nədir?

Türk pop musiqisinin sevilən ulduzu Sezen Aksu dostlarını xatirə meşələri ilə yaşadır.

Publika.az xəbər verir ki, Sezen Aksu həyatını itirən bir çox dostları üçün xatirə meşəsi yaradıb.

Müğənni bu günə kimi dünyasını dəyişən yaxın dostlarının şərəfinə 9 fərqli xatirə meşəsində 45 mindən çox fidan əkib.

Sezen Akasu könüllüsü olduğu TEMA Vəqfinin vasitəsilə ilə bu işləri görür. Müğənninin sözlərinə görə itirdiyi hər bir dostununun adına əkdiyi ağaclarla mənəvi rahatlıq tapır.

O vurğulayıb ki, belədə sanki dostları dünyasını dəyişməyib və hər zaman onun yanındadır kimi hislərlə yaşayır.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm