Səhnədə biabır olan Qlyukoza Bakıda belə GÖRÜNTÜLƏNDİ - VİDEO
Bizi izləyin

Magazin2

Səhnədə biabır olan Qlyukoza Bakıda belə GÖRÜNTÜLƏNDİ - VİDEO

Krasnoyarskdakı konsertində biabır olan Rusiyalı müğənni Qlyukoza Bakıya gəlib.

Publika.az xəbər verir ki, sənətçi başında papaq, gözlərinə isə tünd eynək taxaraq jurnalistlərdən gizlənməyə çalışıb.
O, bir şəxslə qapalı məkanda söhbət edərkən kameraya tuş gəlib. Qlyukoza sabah ölkəmizdə keçirilən beynəlxalq musiqi festivalında səhnə alacaq.

Qeyd edək ki, sənətçi Krasnoyarskda səhnədəki xoşagəlməz vəziyyətini antidepresaantların və yuxu dərmanlarının yan təsiri kimi izah edib. Müğənni kömək üçün həkimlərə müraciət etdiyini vurğulayıb. O, hazırda vəziyyətinin çox ağır olduğunu bildirib.

Xatırladaq ki, Krasnoyarsk sakinləri qonaq olan Qlyukozanın konsertindəki hərəkətlərindən məəttəl qalıblar. Onlar müğənninin səhnədə mahnı ifa edərkən düzgün nota düşməməsindən, qasıq nahiyəsinə toxunmasından və qəribə danışığından şikayətləniblər.
Tamaşaçılar ulduz qonağı sözün əsl mənasında səhnədən qovublar. Vokalçı qeyri-qanuni maddələrdən istifadə etməkdə ittiham olunub. Nəticədə biabırçı konsertin təşkilatçıları müqavilənin şərtlərini lazımınca yerinə yetirmədiyinə görə müğənnini məhkəməyə verəcəklərini açıqlayıblar.(Bizim.Media )

Oxumağa davam et
Reklam
Reklam

Gündəm