Puqaçova qohumları ilə əlaqəni kəsib: Qardaşı gəlini ailə sirrini açdı
Bizi izləyin

Magazin2

Puqaçova qohumları ilə əlaqəni kəsib: Qardaşı gəlini ailə sirrini açdı

SSRİ xalq artisti Alla Puqaçovanın qardaşı oğlu Vladislav Puqaçovun həyat yoldaşı Gözəl Puqaçova ilk dəfə ulduzla münasibətindən danışıb.

Publika.az xəbər verir ki, Gözəl Puqaçovanın əri Maksim Qalkini ittiham edib.

O, bildirib ki, üç il əvvəl Puqaçovanın qardaşı oğlu ilə evliliyində bir qız uşağı dünyaya gəlib. Onun adını Alla qoyublar. Onun sözlərinə görə, Alla Borisovna uşağın yeganə nənəsidir, amma qız onu heç vaxt görməyib.

“O, heç vaxt böyük qardaşının nəvəsini ad günü münasibəti ilə təbrik etməyib”, - deyə Gözəl etiraf edib.

Puqaçovanın gəlini deyir ki, Diva ilə əlaqələri kəsilib. “Bir anda ona nəsə oldu, beynində nəsə oldu və o, Vladla əlaqəni kəsdi” deyən Gözəl “Qalkin ondan istifadə edir” fikrini bildirib.

"Artıq 75 yaşında olan adam onun təsiri altına düşdü və qohumları ilə əlaqəni dayandırdı", - deyə Gözəl vurğulayıb.

Gözəl əlavə edib ki, müğənni onların zənglərinə cavab verməyib və qardaşının məzarına nəzarət etməyi dayandırıb, baxmayaraq ki, ona qulluq etmək üçün işçilərə pul ödəyib, lakin köməkçiləri bu işin necə aparıldığını yoxlamayıb və məzar təmizlənməyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm