Tatlısəs ağır əməliyyatdan 4 saat sonra nə yeyib? - Həkimdən şok açıqlama
Bizi izləyin

Magazin2

Tatlısəs ağır əməliyyatdan 4 saat sonra nə yeyib? - Həkimdən şok açıqlama

Məşhur sənətçi İbrahim Tatlısəs 11 iyulda verdiyi konsertdən sonra ürək xəstəliyi səbəbiylə İstanbulda xüsusi xəstəxanaya aparılıb. Təxminən 2,5 saat davam edən əməliyyatdan sonra evə buraxılan usta sənətçinin səhhəti yaxşılaşıb.

Publika.az xəbər verir ki, əməliyyatı həyata keçirən kardiologiya mütəxəssisi həkim Mehmet Vefik Yazıcıoğlu əməliyyat günü baş verənləri danışıb. O, çətin bir əməliyyat olduğunu qeyd edib:

“Sanki qarşımızda iki Əzrayıl var idi. Şükür ki, bunu da keçdik. Tatlısəsin bu ağır əməliyyatından 4 saat sonra otağına getdim. Qarşılaşdığım mənzərə məni heyrətləndirdi. Tatlısəs lahmacun yeyirdi”.

Qeyd edək ki, Tatlısəs çətin əməliyyatdan 4 gün sonra evə buraxılıb. Bir həftə sonra isə Bodrumda konsert verib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm