Məşhur aktrisa Türkiyəyə gəlir: Bu mükafatı almağa
Bizi izləyin

Magazin2

Məşhur aktrisa Türkiyəyə gəlir: Bu mükafatı almağa

Hollivudun məşhur aktrisalarından olan Şeron Stoun bu il ilk dəfə Qızıl Qlobus tərəfindən veriləcək "Qlobal İkon Mükafatı"nı almaq üçün Türkiyəyə gəlir. Avqustun 2-də Bodrumda baş tutacaq mərasimdə dünyanın bir çox məşhur simaları iştirak edəcək.

Publika.az xəbər verir ki, “GOLDEN Globe” ilk dəfə veriləcək "Qlobal İkon Mükafatı"nın təqdimat mərasimini ABŞ-dan kənarda keçirmək qərarına gəlib. Komitə bu qərarı kinoda beynəlxalq inklüzivliyi təşviq etmək istəyi ilə qəbul etdiyini bildirib.

Qala gecəsi ilk dəfə Türkiyədə təşkil olunacaq. “Titanic Luxury Collection” Bodrumun ev sahibliyi edəcəyi qala avqustun 2-də keçiriləcək.

Məşhur Hollivudd ulduzu Şeron Stoun iyulun 28-də “Qızıl Qlobus”un xüsusi qonağı olaraq Türkiyəyə gələcək. Sosial məsuliyyət layihələri ilə də diqqət çəkən dünya şöhrətli aktrisa bu il “Qlobal İkon Mükafatı”nın qalibi seçilib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm