Magazin2
"Kurtlar Vadisi"nin 21 il sonra üzə çıxan şok sirri
Türkiyənin reytinqli “Kurtlar Vadisi” serialı ilə bağlı fakt 21 ildən sonra üzə çıxıb.
Publika.az xəbər verir ki, serialda iz qoyan Elif Eylül obrazına həyat verən məşhur aktrisa Özgü Namaldan əvvəl bu rol üçün başqasının düşünüldüyü bəlli olub.
Bildirilir ki, təklif əvvəlcə jurnalist Oylum Taluya gedib.
Talu bir proqramda “Serialın prodüseri Osman Sınavla görüşməyə getdik. Mənə Elif rolunu təklif etdilər, dedilər ki, jurnalist olacam. O vaxt təklifi rədd etdim, lakin sonradan çox peşman oldum" deyib.
Eyni zamanda Necati Şaşmazın oynadığı baş rola isə əvvəl “Çılgın Bediş” serialında Oktay obrazı ilə tanınan Cenk Toruna təklif edildiyi öyrənilib.
O da 2013-cü ildə verdiyi müsahibədə hərbi xidmətə getməzdən əvvəl "Polat Alemdar" obrazını canlandırmaq təklifi aldığını, lakin qəbul etmədiyini bildirib.
Aktyor bu təklifdən imtina etməsini “Həyatımın səhvi, ən böyük peşmanlığım” kimi qiymətləndirib.
Roza Şəfiyeva
-
Avropa10:54
Müharibəyə hazırlıq? - Bu ölkə Rusiya ilə sərhəddə bunkerlər tikir
-
Qoroskop10:48
Sevgidə şanslı olacaq 3 bürc: bəxt onlar üçün sürprizlər hazırlayır
-
Maraq dünyası09:48
Dünya şokda: 13 aprel, cümə günü... - Qiyamət bu tarixdə "Xaos Tanrısı" ilə başlayacaq
-
ABŞ09:12
Harrisdən Trampa qarşı sui-qəsd cəhdinə reaksiya: Sevinir
-
Elm və təhsil09:00
Uşaq evindən birinci sinfə gedənləri məktəbə onlar apardılar - FOTO
-
Nəqliyyat08:36
Yeni tədris ilinin ilk günündə paytaxt yollarında vəziyyət necədir? - SİYAHI
-
Magazin108:25
Bakıda qayınanadan ŞOK PLAN: gəlinin acığına bu cazibədar məşhuru toya çağırdı - VİDEO
-
Elm və təhsil07:47
Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur