Engin Polat da sərbəst buraxıldı - VİDEO
Bizi izləyin

Magazin2

Engin Polat da sərbəst buraxıldı - VİDEO

Həbsdə olan türkiyəli sosial media fenomeni Engin Polat azadlığa çıxıb.

Publika.az xəbər verir ki, artıq üç gündür ki, məhkəmədə Dilan və Engin Polat da daxil olmaqla, 28 nəfər barəsində açılan cinayət işinə baxılır. Bu gün keçirilən prosesdə çirkli pulların yuyulması və vergi qanununun pozulmasında ittiham olunan Engin Polat sərbəst buraxılıb.

Məhkəmə Engin Polatla yanaşı, həbsdə olan Sezgin Polat, Alper Kürşat Polat və Ahmet Günün də azadlığa buraxılmasına qərar verib.

Qeyd edək ki, 1 noyabr 2023-cü il tarixində Dilan və Engin Polat cütlüyü də daxil olmaqla, 28 nəfər “cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq və idarə etmək”, “cinayətdən irəli gələn əmlak vəsaitlərinin mənimsənilməsi” və “mərc və şans oyunlarının təşkili haqqında” qanunun pozulması maddələri ilə məhkəməyə verilib. Dilan Polat avqustun 19-da sərbəst buraxılıb.

Engin Polatın məhkəmə sonrası videosunu təqdim edirik:

Aysel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm