120 qadın və kişiyə təcavüz edən Diddi - Onu hansı cəza gözləyir?
Bizi izləyin

Magazin2

120 qadın və kişiyə təcavüz edən Diddi - Onu hansı cəza gözləyir?

ABŞ qızlara qarşı cinsi istismar və pedofiliya şəbəkəsi yaratmaqda təqsirli bilinərək həbs olunan və həbsdə ölü tapılan amerikalı milyarder Ceffri Epsteyndən sonra ikinci oxşar hadisə ilə çalxalanır.

Publika.az xəbər verir ki, hadisələrin “qəhrəman”ı isə şantaj, zorakılıq, cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq kimi ittihamlarla gündəmdən düşmək bilməyən "Diddy" və "Puff Daddy" ləqəbli amerikalı reper, prodüser Şon Kombsdur.

Epsteynin 712 səhifəlik cinayət dosyesində Diddinin adı 114 dəfə çəkilir. Odur ki, ABŞ mətbuatı baş verənləri ikinci Epsteyn hadisəsi kimi şərh edir.

Günlərlə davam edən seks məclisləri...

Kombs sentyabrın 16-da insan alveri, məcburi əməyə cəlb etmə, adam oğurluğu, narkotik maddə saxlamaq, rüşvət almaq və ədalətə mane olmaq kimi ittihamlarla saxlanılıb.

Reper seksual zorakılıqların lentə alındığı və günlərlə davam etdiyi məclislər təşkil etməkdə günahlandırılır.

“NBC News”yazır ki, vəkil Toni Bazbi reperin cinsi təcavüzünə və zorakılığına məruz qaldıqlarını söyləyən 120 nəfəri təmsil etdiyini açıqlayıb. Vəkil həmin 120 nəfərin yarısının kişi, yarısının qadın olduğunu bildirib. O, 120 nəfərdən 25-nin "cinsi zorakılığa məruz qaldıqları vaxt yetkinlik yaşına çatmamış" olduğunu və iddiaları əllərindəki fotoşəkillər, videolar və mesajlarla sübuta yetirə biləcəklərini qeyd edib.

T.Bazbi 3000-dən çox adamın onun ofisinə Diddiyə qarşı ittihamlarla gəldiyini və 30 gün ərzində müxtəlif ştatlarda cinayət işlərinin başlanacağını deyib.

Bundan əlavə, reper təcavüz etdiyi insanları lentə almaqda və onları bu görüntülərlə şantaj etməkdə günahlandırılıb. Reper qurbanları istismar etmək üçün cinayət şəbəkəsi yaradaraq idarə etməkdə də ittiham olunur.

Sentyabrın 17-də məhkəmənin ictimaiyyətlə paylaşdığı 14 səhifəlik iddianaməyə görə, reperin bəzən günlərlə davam edən “Freak Offs” adlı məclisləri daha çox öz evlərində təşkil etdiyi üzə çıxıb. O, bu məclislərə qatılmağa məcbur etdiyi insanları həm də parti zamanı cinsi əlaqəyə məcbur edib.

"Kombs dəfələrlə qurbanı və şahidləri qorxutmaq, onları hədələmək üçün gəzdirdiyi odlu silahdan istifadə edib", - deyə bildirilir.

İttiham aktında həmçinin qeyd olunub ki, Kombs şahidlərə və zərərçəkmişlərə susmaq və ya yalançı şahidlik etmək üçün rüşvət də təklif edib.

İddialara görə, zərərçəkmişlərə həddindən artıq narkotik istifadəsi və fiziki yorğunluq səbəbindən sistem köçürülüb.

Diddinin qurbanları, eləcə də şərikləri arasında məşhur simalar da var. Castin Biber Diddinin ən məşhur qurbanlarından biridir.

Mövzu ilə bağlı mətbuat konfransı keçirən Nyu Yorkun cənub bölgəsinin prokuroru Demian Uillyams reperin təkbaşına hərəkət etmədiyini, onun cangüdənlərinin, evdəki işçilərinin və ortaqlarının da bu cinayətə şərik olduğunu diqqətə çatdırıb.

Elə fotolar üzə çıxdı ki…

Bu iddiaların ardınca keçmişi araşdırılan Kombsun bir çox ABŞ siyasətçisi və məşhur simalarla fotoşəkilləri ortaya çıxıb.

Onun keçmiş ABŞ prezidentləri Barak Obama və Donald Tramp, eləcə də məşhur müğənni Beyons və həyat yoldaşı Cey Zi ilə fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Reperin evlərində aparılan axtarışlar zamanı çoxlu seks oyuncaqları və narkotik tapılıb.

Diddinin çirkli keçmişi

Reperin keçmiş sevgilisi Ventura ötən ilin noyabr ayında reperi ona cinsi və fiziki şiddət göstərməkdə ittiham edib. Venturanın məhkəməyə müraciət etməsindən sonra Kombsa qarşı ard-arda başqa cinsi təcavüz ittihamları irəli sürülüb. Venturadan sonra daha üç qadın Kombsu zorlamada ittiham edib.

Digər tərəfdən, həmin vaxt Kombs “Instagram” hesabında etdiyi paylaşımda ittihamları rədd edərək, bu iddiaların qısa müddətdə pul qazanmaq istəyən insanlar tərəfindən irəli sürüldüyünü bildirib. Məşhur reperin vəkilləri də ittihamları “əsassız” adlandırıb.

Reperi hansı cəza gözləyir?

Hazırda da Kombsun vəkillərindən Erika Volf onun ittihamları rədd etdiyini bildirib. Volf qeyd edib ki, Kombsun təqsirsizliyini məhkəmədə sübut etməyə hazırdır.

Günahı sübuta yetirilərsə, reperi minimum 15 il həbs cəzası gözləyir. Ancaq ona ömürlük həbs cəzası da verilə bilər.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm