“Hörümçək adam” sevgilisindən ayrıldı
Bizi izləyin

Magazin2

“Hörümçək adam” sevgilisindən ayrıldı

“Hörümçək adam” filmindəki baş rolu ilə tanınan aktyor Endryu Qarfild sevgilisi Keyt Tomasla ayrılıb.

Publika.az xəbər verir ki, Keyt bu barədə "Instagram" sosial şəbəkəsindəki səhifəsində izləyicisinin sualını cavablandırarkən bildirib.

“Bir neçə ay əvvəl ayrıldıq. Amma yəqin ki, o, sevildiyini bilməkdən məmnun olacaq”, - deyə o bildirib.

Cütlük sonuncu dəfə iyul ayında Uimbldon tennis turnirində birlikdə görüntülənib. Bundan sonra 41 yaşlı aktyor hər yerdə tək çıxdı və Keyt sosial şəbəkələrdə onun adını çəkməyi dayandırdı.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm