Magazin2
Türkiyəli tanınmış müğənni VƏFAT ETDİ
Türkiyəli musiqiçi Edip Akbayram vəfat edib. O, uzun müddət xəstəxanada müalicə olunurdu.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin İstanbul İdarəsinin rəisi Abdullah Emre Güner sosial şəbəkədə bildirib.
“Ölkəmizin dəyərli sənətçilərindən olan Edip Akbayram təxminən 2 aydır müalicə aldığı Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanamızda bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirdi”, – o qeyd edib.
74 yaşlı Edip Akbayram pnevmoniya müalicəsindən sonra yaranmış daxili qanaxma səbəbindən reanimasiyada olduğu müddətdə həyatını itirib.
Qeyd edək ki, Akbayram 1950-ci il dekabrın 29-da Qaziantepdə doğulub. O, türk rok və Anadolu pop musiqisinin ən önəmli fiqurlarından biri sayılır. Ötən əsrin 70-ci illərində musiqiçi karyerasına başlayan Akbayram Anadolu rok janrında, türk xalq melodiyalarını rok və psixodelik musiqi elementləri ilə birləşdirərək məşhurlaşıb. Onun “Gün Ola Devran Döne” və “Deniz Üstü Köpürür” kimi əsərləri 1974-cü ildə ona ün qazandırıb.
Edip Akbayramın mahnılarında sosial-siyasi mövzular tez-tez yer alırdı və onun əsərləri sol qanadlı musiqi pərəstişkarları arasında böyük dəstək qazanıb. O, 1980-1990-cı illərdə də musiqi karyerasını davam etdirib və bir çox albomlar buraxıb. ("Report")
-
Hadisə19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Nida Xəbər 14:10Azərbaycanda 32 kütləvi məzar tapılıb
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da











.jpg)


























.jpg)