Magazin2
"Netflix"in direktoru Meqanı müdafiə etdi
Şahzadə Harrinin xanımı Meqan Mark yaşadığı uğursuzluqlara baxmayaraq boş oturmur.
Publika.az axşam.az-a istinadən xəbər verir ki, Meqan bir-birinin ardınca layihələrini buraxmağa davam edir. Bu yaxınlarda o, iddialı başlığı ilə başqa bir podkastı elan edib: "Təsisçi Qadınların Etirafları" və "Love, Megan".
Onlar haqqında lentə alınan və "Netflix"də yayımlanan "Harry və Megan" sənədli serialı ikinci mövsümdə də yayımlanıb, amma tənqid edilib.
Tənqid atəşinə təkcə Meqan yox, sənədli filmi yayımlayan "Netflix"də tutulub. Şirkətin baş direktoru Ted Sarandos isə məsələ ilə bağlı açıqlama yayıb. Qalmaqallı cütlüyün ayrılması ilə bağlı dedi-qodular yayılsa da iş adamı aktrisanın müdafiəsinə qalxıb. O, hersoqların aşağı reputasiyası olduğunu inkar etməyib, lakin şahzadə Harrinin həyat yoldaşına heyran olanların çoxluğunu vurğulayıb.
"Düşünürəm ki, Meqanın bacarığını qiymətləndirmirsiniz. Biz Harri və Meqan haqqında sənədli serialın treylerini yayımlayanda, ekranda göstərilən hər şey bir neçə gün mətbuatda müzakirə edildi. Onun geyindiyi ayaqqabılar bütün dünyada satıldı. Arxasında stulda uzanan "Hermes" yorğanı bütün dünyada satıldı və bir çox insan onu reklam etdi" deyə, iş adamı bildirib.
O bildirib ki, Meqan uğurlu qadındır və onun piar işində bacarığı yüksəkdir.
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz
-
Region12:38Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular
-
MDB12:14Ramzan Kadırov ilk dəfə bu siyahıya daxil edilmədi - Çeçenistanda nə baş verir?
-
Enerji11:20Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi












.jpg)








.jpg)


















