Magazin2
26 yaşlı gözəllik kraliçası ölümcül qəzaya düşdü - İki yaşlı qızı... / FOTO
Braziliyada Qoyas ştatından olan gözəllik kraliçası ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə düşüb.
Publika.az xəbər verir ki, bu barədə “Need To Know” məlumat yayıb.
26 yaşlı Nataliya Soares sentyabrın 29-da qəzaya uğrayıb. Onun avtomobili İnyumas və Santa-Rosa-di-Qoyas şəhərləri arasındakı şossedən çıxaraq aşıb. Qadını əzilmiş maşından çıxarmaq üçün xilasedicilərə xüsusi avadanlıq lazım olub. Soareslə birlikdə avtomobildə onun iki yaşlı qızı da olub. Qızcığaz uşaq oturacağında kəmərlə bərkidildiyindən xəsarət almayıb.
Qəzanın səbəbləri hələlik məlum deyil. Polis sürət həddinin aşılması və avtomobilin texniki nasazlığı versiyalarını nəzərdən keçirir.
Soares doğma şəhəri Santa-Rosa-di-Qoyasda 2017-ci ildə bütün bölgədən iştirakçı və tamaşaçıların toplandığı “Festa do Peão de Santa Rosa” illik rodeo festivalının gözəllik kraliçası titulunu qazandıqdan sonra məşhurlaşmışdı.
Bundan əlavə, Soares məktəbdə müəllim işləyir və eyni zamanda iki fakültədə – pedaqogika və fiziki tərbiyə fakültələrində oxuyurdu.
Hüseyn İbadlı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu














.png)
.jpg)



















