Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO
Bizi izləyin

Magazin2

Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO

Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO

Avstraliya və ABŞ aktrisası Nikol Kidmanın hündürdaban ayaqqabılarda yerişi tamaşaçıları çaş-baş salıb.

Publika.az xəbər verir ki, həmin anın videosu “Vanity Fair Spain” nəşrinin “Instagram” səhifəsində paylaşılıb

59 yaşlı ulduz Paris Moda Həftəsi çərçivəsində “Chanel” brendinin nümayişinə gələn zaman qızı ilə birlikdə görüntülənib. Sənətçi avtomobildən bədənə kip oturan boz pencək don, şəffaf kolqotka və nazik hündürdaban ayaqqabılarda düşüb.

Video 1,4 milyon baxış toplayıb. İzləyicilərin diqqətini məşhurun hərəkətləri çəkib.

“O, hündürdaban ayaqqabılarda yeriyə bilmir? Yoxsa dizini zədələyib?”, “Bu, dəhşətdir! Hətta müstəqil şəkildə ayaq üstə dura bilmir!”, “Yeriyərkən büdrəyir? Ya sərxoşdur, ya da sadəcə hündürdaban ayaqqabılarda yeriməyi unudub?”, “İlk dəfə yeriməyə başlayan Bembi maral balasına oxşayır, hahaha. Mən də eynilə beləyəm, amma heç olmasa, hündürdaban ayaqqabı geyinmirəm və məşhur deyiləm”, — deyə istifadəçilər bildiriblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm