Magazin2
Atilla Taşın qızının yıxılaraq öldüyü binanın görüntüləri yayıldı - Video
Türkiyənin tanınmış müğənnisi Atilla Taşın 34 yaşlı qızı Sezen Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirdiyi binanın görüntüləri yayılıb.
Publika.az xəbər verir ki, hadisənin baş verdiyi bina Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda, Çeşmeli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksindədir. Türkiyə mediasında hadisə yerindən görüntülər dərc olunub.
Xatırladaq ki, oktyabrın 8-də səhər saatlarında məşhur müğənninin qızı Sezen Taş sözügedən kompleksin F blokunun 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və polis əməkdaşları göndərilib. Həkimlərin apardığı müayinə zamanı 34 yaşlı qadının artıq həyatını itirdiyi müəyyənləşdirilib.
Sezen Taşın meyiti ölümün dəqiq səbəbinin müəyyən edilməsi məqsədilə tibbi ekspertizaya göndərilib.
İki uşaq anası olan Sezen Taşın hansı şəraitdə binadan yıxıldığı hələlik məlum deyil. Hadisənin bədbəxt hadisə, intihar və ya başqa səbəbdən baş verdiyi rəsmən açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
(Musavat.com)
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...




































.jpg)

