5 milyon borc, son mübahisə və müəmmalı ölüm - Azərbaycanlı prodüserlə bağlı ŞOK İDDİA
Bizi izləyin

Magazin2

5 milyon borc, son mübahisə və müəmmalı ölüm - Azərbaycanlı prodüserlə bağlı ŞOK İDDİA

5 milyon borc, son mübahisə və müəmmalı ölüm - Azərbaycanlı prodüserlə bağlı ŞOK İDDİA

Rusiyada 36 yaşlı azərbaycanlı musiqi prodüseri Elmir Məhərrəmovun ölümü ilə bağlı yeni detallar üzə çıxıb.

Publika.az xəbər verir ki, prodüserin ölümündən əvvəl maddi problemləri olub. Onun həmkarı Sergey Dvortsov bildirib ki, Elmir müxtəlif tərəfdaşlardan təxminən 5 milyon rubl (təxminən 90 min manat) borc alıb. Həmçinin onun alkoqolla bağlı problemlərinin olduğu, son bir ildə isə ətrafındakı insanlarla ünsiyyətini xeyli azaltdığı bildirilib. Prodüserin spirtli içki və narkotik asılılığı ilə mübarizə apardığı da iddialar arasında yer alıb.

Məlumata görə, Elmir Moskvanın qərbində, Vasili Lanovoy küçəsində yerləşən binanın 10-cu mərtəbəsində yaşayıb. Onun meyiti noyabrın 23-də binanın qarşısında aşkarlanıb.

İddia olunub ki, prodüser ölümündən əvvəl sevgilisi, 33 yaşlı model Nadejda ilə mübahisə edib. Onun yıxılaraq ölməsi ilə bağlı bədbəxt hadisə və intihar versiyaları araşdırılır. Ölümün dəqiq səbəbi hələlik rəsmən açıqlanmayıb.

Qeyd edək ki, Elmir Məhərrəmov 10 ildən artıqdır şou-biznes sahəsində fəaliyyət göstərib. O, müxtəlif illərdə “Self Made Music”, “Archer Music” və “Out of Records” musiqi leybllərinə rəhbərlik edib.

Prodüser Olqa Buzova, Dima Bilan, “Artik & Asti”, T'Killah və digər tanınmış ifaçılarla əməkdaşlıq edib.(Axşam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm