ABŞ
Seksual qalmaqal ABŞ-ı silkələdi: Konqresmen istefa verir
ABŞ-ın Kaliforniya ştatından seçilmiş demokrat konqresmen Cimmi Qomes Konqres əməkdaşına qarşı seksual xarakterli qanunsuz davranışlarla bağlı araşdırmadan sonra istefa verəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, Nümayəndələr Palatasının ikipartiyalı Etika Komitəsi bazar ertəsi Qomeslə bağlı araşdırmanın nəticələrini açıqlayıb. Hesabatda onun seksual qısnama törətdiyinə dair əhəmiyyətli sübutların aşkarlandığı bildirilib.
Qomes komitənin hesabatının ciddiliyini qəbul etdiyini və nikahdankənar münasibətlər zamanı yol verdiyi şəxsi səhvlərə görə məsuliyyəti üzərinə götürdüyünü qeyd edib. Bununla belə, o, komissiyanın nəticələri ilə ciddi fikir ayrılıqlarının olduğunu vurğulayıb.
Konqresmen dekabrın 1-dən istefa verəcəyini açıqlayıb və başqa alternativ görmədiyini deyib.
Qeyd edək ki, qalmaqal apreldə mətbuatda Qomesin Nümayəndələr Palatasının aparatında çalışan qadın əməkdaşla ictimai tədbirdə öpüşdüyü barədə məlumatların yayılmasından sonra başlayıb. Etika Komitəsi bununla bağlı araşdırmaya başlayıb.
Qomes hadisənin qarşılıqlı razılıq əsasında baş verdiyini iddia etsə də, qadının ifadəsi onun versiyasından kəskin şəkildə fərqlənib. Zərərçəkmiş iki zorakı xarakterli insidentin baş verdiyini bildirib.
Komitə, həmçinin konqresmenin daha bir həmkarı ilə nikahdankənar münasibətdə olduğunu təsdiqləyib.
Müəllif: Adəm
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”






































