Magazin2
40 yaşlı Leonardo Di Kaprionun 24 yaşlı cazibədar sevgilisi – FOTOLAR
Hollivudun ən xarizmatik və zəngin subayı aktyor Leonardo Di Kaprio bu günə kimi bir çox cazibədar gözəllə eşq yaşayıb.
Jizel Bündhen, Bar Rafaeli, Erin Hiterton və Toni Qarrn kimi modellərlə sevgi romanı yaşayan Leonun təəssüf ki, bu münasibətlərindən heç biri evliliklə nəticələnməyib. Bu ilin yanvar ayından bəri onun pop ulduz Rihanna ilə birlikdə olduğu iddia edilsə də, bu dedi-qodular təsdiqini tapmadı.
Adı şorgöz ulduzlar arasında çəkilən Leonun indi də 24 yaşlı amerikalı model və aktrisa Kelli Rorbah ilə sevgili olduğu deyilir. Xarici mətbuatda yer alan xəbərlərə görə, Leo ilə Kelli bu yaxınlarda Los-Ancelesdəki gecə klublarından birində - “1OAK”da görüşüb. Cütlük dostları ilə birlikdə Hemptonsa istirahətə yollanıb. Ulduz orada gecəsi 5000 min dollara olan məkan icarəyə götürüb.Həmin axşamı birlikdə keçirən cütlük çox keçmədən, Nyu-Yorkda baş tutan “CFDA” mükafatlarının ziyafət mərasimində yenidən bir araya gəlib. Onlar hər kəsin gözü önündə xoş münasibətdə olduqlarını gizlətməyiblər.
Leonardonun bu dəfəki eşq macərasının əvvəlkilər kimi keçici bir həvəs olub-olmadığını zaman göstərəcək.
Ləman Sultan
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü







.jpg)
.jpg)






.jpg)






















