Avto
Yeni cərimə - Sabahdan sürücülər elektromobilləri belə park edəcəklər
İyunun 1-dən etibarən Rusiyada Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış yeni parklanma qaydaları tətbiq olunacaq.
Publika.az "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, söhbət elektriklə işləyən nəqliyyat vasitələri və elektrikə qoşula bilən hibrid avtomobillər üçün nəzərdə tutulmuş yeni parklanma qaydalarından gedir. Belə nəqliyyat vasitələrinin sahiblərinə parklanma yerləri seçərkən daha diqqətli olmaları tövsiyə olunur.
Beləliklə, bundan sonra elektrikli nəqliyyat vasitələri və hibrid avtomobillər nəqliyyat vasitəsi şarja qoşulu olmasa belə, onları yanğın təhlükəsizliyi sistemləri ilə təchiz olunmayan dayanacaqlarda saxlamaq tövsiyə edilməyəcək. Yeni qaydalara görə, 10-dan çox elektrikli nəqliyyat vasitəsi qrup halında parklanmamalıdır. Bundan başqa, belə maşınlardan ibarət "qrup" adi mühərrikli nəqliyyat vasitələrindən xüsusi yanğına davamlı arakəsmələr və avtomatik yanğınsöndürmə sistemləri ilə ayrılmalıdır.
Ən sərt tələblər yeraltı dayanacaqlarda tətbiq olunub. Məsələn, bu cür məkanlara dair tövsiyələrin pozulması belə cərimə ilə nəticələnəcək: fiziki şəxslər üçün 50.000 rubla, vəzifəli şəxslər üçün 100.000 və hüquqi şəxslər üçün isə 2 milyon rubla qədər cərimə.
Müəllif: Tural
-
İdman21:39“Barselona” Bakıda: Hansı futbolçular gəldi?
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?







.jpg)




.jpg)






.jpg)




.jpg)



.jpg)







