ABŞ-ın avtomobil sənayesinə müasir tarixdə edilən ən böyük kapital qoyuluşu
Bizi izləyin

Avto

ABŞ-ın avtomobil sənayesinə müasir tarixdə edilən ən böyük kapital qoyuluşu

ABŞ-ın avtomobil sənayesinə müasir tarixdə edilən ən böyük kapital qoyuluşu

“Volkswagen” konserninin tərkibinə daxil olan Almaniyanın “Audi” avtomobil istehsalçısı Corciya ştatında yeni zavodun tikintisinə 4,2 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Publika.az xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Audi” gələn aydan etibarən yaxınlıqdakı Meykon şəhərində ildə 200 min avtomobil istehsal edəcək nəhəng zavodun tikintisinə başlamaq üçün 4,2 milyard dollar investisiya yatırmağı vəd edib”, – deyə ABŞ lideri noyabrın 3-də Konqresə keçiriləcək aralıq seçkiləri ərəfəsində Corciyada Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Trampın sözlərinə görə, bu, ABŞ-nin avtomobil sənayesinə müasir tarixdə edilən ən böyük kapital qoyuluşu olacaq. Mitinqdə qısa çıxış edən "Audi"nin baş icraçı direktoru Gernot Döllner də şirkətin Meykonda istehsalı başlamaq niyyətində olduğunu təsdiqləyib.

ABŞ Prezidenti əmin olduğunu bildirib ki, “Audi” rəhbərliyi bu qərarı Vaşinqton administrasiyası tərəfindən tətbiq edilən tariflərə görə verib: "Gömrük tarifləri olmasaydı, onlar bura gəlməzdilər".

Ağ Ev rəhbəri əvvəllər də dəfələrlə vurğulamışdı ki, avtomobil istehsalçıları məhz bu səbəbdən öz istehsal güclərini Almaniya və Yaponiya da daxil olmaqla digər ölkələrdən ABŞ-yə köçürürlər. İstehsalın Birləşmiş Ştatlara keçirilməsi şirkətlərə öz məhsullarını Amerika rüsumlarının təsirindən qismən çıxarmağa imkan verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm