Avto
Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır - VİDEO
Sürücülər bildirirlər ki, paytaxtda yerləşən "8-ci kilometr maşın bazarı"na daxil olarkən adətən 50 qəpik ödəniş edirlər. Lakin əraziyə tez-tez gəlib-getdikdə ödəniş məbləği artır. Hətta bəzi hallarda 5, 6, 10 manat məbləğində ödəniş tələb olunur.
Publika.az Baku TV-yə istinadən xəbər verir ki, bu barədə sürücülər narazılıqlarını dilə gətiriblər. Onlar hesab edirlər ki, bu yanaşma məntiqsizdir. Çünki bir məhsulu daha çox aldıqda və ya hər hansı xidmətə daha çox müraciət etdikdə adətən endirim tətbiq olunur.
"8-ci kilometr maşın bazarı"nda isə bunun əksi baş verir: əraziyə nə qədər çox gəlib-gedirsənsə, bir o qədər çox ödəniş etməlisən. Sürücülər bu qaydadan narazıdırlar və şikayətlərini bildirirlər. Onların sözlərinə görə, ödəniş etmədən bazarın ərazisindən çıxmaq da mümkün deyil. İlkin olaraq 50 qəpik olan məbləğ sonradan artaraq hətta 10 manata qədər yüksələ bilir. Sürücülər səbəbini soruşduqda isə cavab ala bilmədiklərini deyirlər.
Bildirilir ki, bəzi hallarda bazarın çıxışındakı əməkdaş qapını və pəncərəni bağlayaraq sürücülərlə danışmır. Məsələ ilə bağlı bazarın nümayəndəsi Xəyal Babayev bildirib ki, sahibkarlar üçün ayrıca beş manatlıq tarif müəyyənləşdirilib.
"Biz bu tarifləri ona görə qoymuşuq ki, tez-tez bazara girib-çıxan şəxslər artıq sahibkar kimi hesablanırlar. Hər gələnin sahibkar olub-olmadığını müəyyən edə bilmərik. Rəhbərlik özü bu qaydada tənzimləyib və belə tarif müəyyənləşdirib ki, maşınların giriş-çıxışı az olsun", - deyə bildirilib.
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi












.jpg)



















.jpg)


