Avto
Çindən avtomobil almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
Çindən avtomobil gətirmək çətinləşə bilər. Yeni qaydalara əsasən, Çində istehsal olunan avtomobillərin ixracı üçün istehsalçının icazəsi tələb olunacaq. 2027-ci ildən etibarən isə Çindən avtomobil almaq istəyən ölkədə servis xidmətinin və ehtiyat hissələrinin təminatı imkanları təsdiqlənməlidir.
Publika.az İctimai TV-yə istinadən xəbər verir ki, avtomobil seçərkən alıcılar üçün qiymətlə yanaşı, ehtiyat hissələrinin əlçatanlığı və servis xidmətlərinin mövcudluğu da mühüm əhəmiyyət daşıyır.
Mütəxəssislərin sözlərinə görə, ölkədə yağan güclü yağışlardan sonra bəzi Çin avtomobillərində batareyalarla bağlı problemlərin ortaya çıxması alıcıların bu avtomobillərə marağına təsir göstərib. Hazırda Çin avtomobillərinin idxalı da əvvəlki aylarla müqayisədə xeyli azalıb.
Bəs, yeni qaydalar Azərbaycanda Çin avtomobillərinin satışına necə təsir göstərə bilər?
Mütəxəssislər hesab edirlər ki, Çin hökumətinin bu addımı həm sahibkarların maraqlarının qorunması, həm də istehlakçıların hüquqlarının müdafiəsi baxımından müsbət nəticələr verə bilər.
Belə ki, bəzi alıcılar mənşəyi dəqiq bilinməyən, rəsmi nümayəndəliyi və istehsalçı zəmanəti olmayan avtomobillər alırdılar. Sonradan həmin avtomobillərdə problem yarandıqda isə məsul tərəfi müəyyənləşdirmək çətin olurdu.
-
Avto07:35Çindən avtomobil almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə9 Oktyabr 18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi

















.jpg)
.jpg)















.jpg)


