• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

Bu evin 328 yaşı var - FOTOLAR

Bu evin 328 yaşı var

1688-ci il İngiltərədə inşa edilən ev bu günə kimi qalmaqdadır. Özü də qeyri adi gözəlliyi, daxili komfortu ilə.

Publika.az xarici mətbuata istinadən həmin evlə bağlı maraqlı faktları və fotoları təqdim edir:

Əsrlərlə yaşı olan tipik ingilis evi cəlbedici dizaynı ilə göz oxşayır. Kiçik pəncərələr, qalın divarlar və alçaq tavanlar onun özünəməxsus xüsusiyyətləridir. Bütün bunlar evin daxilində də gözəl atmosfer yaradır.

Başqa otaqlar kimi mətbəxdə də gözəl atmosfer, əvəzedilməz daxili aura var. Klassik görünüş müasir avadanlıqla çox yaxşı uyğunlaşır.

328 yaşlı evin qeyri-adilikləri bunlarla yekunlaşmır. Onun səhər yeməyi üçün mükəmməl bağı var.

Klassik vanna otağı da öz qaydasında. Burada ev sahibi üçün lazım olan hər bir şey var.

Evin ikinci mərtəbəsi iki otaqdan ibarətdir. Bunlardan biri uşaq üçün nəzərdə tutulub. Digəri isə böyüklərin istirahəti üşün inşa olunub. Bir sözlə, əsl cənnət məkanı!

Axşam Günəş batanda işıqlara bürünmüş pəncərələr içəridə dincələn ailə üzvləri üçün xüsusi komfort yaradır. Bir sözlə, mehriban ailə üşün möhtəşəm bir ev. Maraqlıdır ki, evin daimi sakinləri yoxdur. O, heç kimə məxsus deyil.

Anar Tağıyev

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR