Maraq dünyası
Paytaxtı olmayan və heç bir əcnəbinin ayaq basmadığı ölkə - FOTO
Hər il milyonlarla turist müxtəlif ölkələrə maraq göstərərək seçdiyi məkanları ziyarət edir, onun mədəniyyəti, musiqisi, tarixi, ümumiyyətlə, yaşam tərzi ilə yaxından tanış olur. Milyonları qəbul edən ölkələrlə yanaşı, turist üzünə həsrət qalan, əcnəbilərin az ziyarət etdiyi məmləkətlər də kifayət qədərdir.
Publika.az sahib olduqları saysız gözəlliyə baxmayaraq, az turist qəbul edən ölkələri topladı:
Əfqanıstan
Uzun illər adı döyüş və qarşıdurmalarla tanınan Əfqanıstan təhlükəsizlik səbəbilə çox turist qəbul eləmir. Ölkədə çox sayda tarixi abidə olmasına baxmayaraq, bu diyar, xüsusilə avropalı səyyahların ən az maraq göstərdiyi yerlərdən biridir.
Türkmənistan
Ölkədə tətbiq olunan qoruyucu qaydalar və turistlərə çətinlik yaradan sistem səbəbilə dünyada ən az ziyarət edilən yerlərdəndir. Türkmənistanda görülməyə dəyər məkanlar arasında isə Qaraqorum çölü və tarixi məscidlərin adını çəkmək olar.
Qvineya-Bisau
Ölkən infrastrukturunda çatışmazlıqlar, tarixi və turistik sahəyə sahib olmaması Qvineya-Bisauda turizmin inkişafının önünə keçən səbəblər arasındadır.
Liviya
Uzun illər Qəddafi rəhbərliyi altında olan Liviyada bu gün yeni bir rəhbərlik var, ancaq bir çox sahədə köhnə rəhbərliyin və qarşıdurmaların izlərini görmək mümkündür. Bu səbəblə Liviya çox turist cəlb edə bilmir.
Komor
Hind okeanında yerləşən Komor adalarının turistlərin maraq göstərdiyi yerlər arasına girməməsinin səbəbi tətbiq olunan qaydalardır. Ölkədə spirt istehlakı qadağandır. Turistlərin paltarlarına belə qarışılır. Buna görə, xüsusilə avropalı turistlər bu ölkəyə ayaq basmır.
Ekvatorial Qvineya
Afrika qitəsində ən az turist cəlb edən ölkə olan Ekvatorial Qvineyada bir çox şey, hətta foto çəkmək belə qadağandır. Buna görə də viza almaq çətin olduğu üçün bu ölkəyə çox turist gəlmir.
Marşall adaları
Dünyanın geri qalanına çox uzaq bölgədə olan Marşall adaları nəqliyyat çətinliyi səbəbi ilə çox ziyarət edilən yer deyil.
Tuvalu
Marşall adaları ilə bənzər şəkildə okeanın tam ortasında yerləşən və sular altında qalma təhlükəsi ilə qarşı-qarşıya olan Tuvalunu görmək istəyənlər tələssin.
Somali
Təhlükəsizliyin qeyri-kafiliyi üzündən çox az turist cəlb edən ölkələrdən biri də Somalidir. Faktiki olaraq vətəndaş müharibəsi və terrorçuların fəaliyyəti nəticəsində bir neçə hissəyə parçalanan ölkədə hər an yaşanan terror hadisələr turistlər üçün etibarlı mühit yaratmır.
Nauru
Dünyada ən az ziyarət edilən ölkə Naurudur. Bunun səbəbi isə Naurunun dünyada yalnız üç ölkədə nümayəndəliyinin və nəqliyyat sisteminin çox çətin olmasıdır. Nauruda cəmi iki otel var ki, bunlar da demək olar boşdur.
Qeyd edək ki, 10 min əhalisi olan Naurunun rəsmi paytaxtı yoxdur.
Dilruba Vaqifzadə
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ