Maraq dünyası
Ev heyvanları ömrü uzadır
ABŞ-ın Pensilvaniya Universitetinin və Rostok Universitetinin mütəxəssisləri sübut ediblər ki, ev heyvanları ömrü uzadır.
Publika.az xəbər verir ki, tədqiqatda ümumən ürək tutması keçirmiş 92 pasiyent iştirak edib. Məlum olub ki, ev heyvanları saxlayan pasiyentlərin vəziyyəti 95 faiz halda yaxşılaşıb.
Görünür, heyvanların bəxş etdiyi sevinc hissi firavanlıq və xoşbəxtlik hormonları olan oksitosinin və serotoninin əmələ gəlməsinə kömək edir. Müsbət emosiyalar insanın ümumi ovqatını yüksəldir, ona əlavə güc verir.
Bundan başqa, ev heyvanları həvəskarlarında xolesterinin səviyyəsi xeyli aşağı olur. Belə insanlar stress hallarının öhdəsindən asanlıqla gəlirlər. Onların ürək-damar sistemi hətta ürək tutmasından sonra fəal işləyir.
Alimlər allergiyası olmayan adamlara evdə heyvan saxlamağı tövsiyə edirlər. Ola bilsin, bu addım həyata münasibəti dəyişməyə və ovqatı yaxşılaşdırmağa kömək edər.
-
Nida Xəbər 17:25Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu
-
Yaxın Şərq17:15SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü
-
Magazin215:55Məşhur supermodel qəribə qısa geyimi ilə diqqət çəkdi - Foto
-
Yaxın Şərq15:05Netanyahu sağ imiş - İsrail ölüm xəbərini feyk adlandırdı
-
MDB14:21Daha bir dəhşətli müharibə statistikası - 1 həftədə 1530 aviabomba atdılar
-
İqtisadi gündəm13:51Bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
-
Yaxın Şərq13:41İranın yeni ali rəhbəri sağ imiş - Rəsmən təsdiqləndi
-
Magazin213:01Supermodel geyimi ilə gündəm oldu - Fotolar







































