Dünyanın ən böyük ailəsi: 500 nəfər bir araya gəldi - - FOTO/VİDEO
Bizi izləyin

Maraq dünyası

Dünyanın ən böyük ailəsi: 500 nəfər bir araya gəldi - - FOTO/VİDEO

Çinin Çjezyan vilayətində bu ailənin fotosunu uçan pilotsuz aparat (PUA) vasitəsilə çəkiblər.

Bu ailənin mənsublarının sayı 500 nəfərdir. Onların bir yerə yığışaraq ailə fotosu çəkdirmələri adi, normal şəraitdə mümkün deyil. Bu qədər insan sadəcə, kadra "yerləşməz".

Çinin Çjezyan vilayətində bu ailənin fotosunu uçan pilotsuz aparat (PUA) vasitəsilə çəkiblər.

Ren ailəsinin fərdləri kəndin kənarına yığışaraq birlikdə foto çəkdiriblər. Ailə mənsubları Pekində, Şanxayda, Sinzyanda, hətta Tayvanda yaşayırlar.

Bu möhtəşəm fotonun çəkilməsinin təşəbbüskarı və təşkilatçısı Ren Tuanjidir. 97 yaşlı Ren ailənin ağsaqqalı, nəslin böyüyüdür.

Onun dediyinə görə, ailə və nəsil mənsublarının ümumi sayı təqribən 1000 nəfərdir.

"Ona görə də yeni fotomuzda artıq 1000 nəfər olacaq", - Ren Tuanji deyib.

(milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm