• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Fast fud restoranlarının 6 hiyləsi - DİQQƏTLİ OLUN! - FOTOLAR

Fast fud restoranlarının 6 hiyləsi - DİQQƏTLİ OLUN!

Bildiyiniz kimi bu gün fast fud restoranlarına müraciət edənlərin sayı artıb. Yaşlı nəsildən tutmuş, azyaşlı uşaqlara qədər hər kəs tez hazırlanan bu qidalardan istifadə edir. Bəs onların dadlarına fikir vermisinizmi? Fərqli adlarda, fərqli qiymətə sizə təklif olunan məhsulların tərkibi və dadı demək olar ki, eynidir.

Publika.az sizə bəzi hiylələri təqdim edir:

1. Restoran işçiləri insanların müxtəlif dadları sevdiklərini bilirlər. Bu səbəbdən də eyni tərkibli məhsulu acılı, acısız, şirin, duzlu və.s kimi çeşidlərə ayıraraq təklif edirlər.

2. Hazırlanan hamburgerlərin içərisinə qoyulan müxtəlif çeşidli ət məhsulları və eləcə də xüsusi hamburger çörəkləri elə hazırlanıb ki, çox çeynəmək lazım gəlmir. Statistikaya görə, normal insanlar qidaları sadəcə 15-20 çeynəmə hərəkətindan sonra udurlarsa, fast fudlarda dəfələrlə az çeynəmə hərəkəti tələb edir. Bu da bildiyiniz kimi həzm sistemini korlayır.

3. Diqqət etsəniz, görərsiniz ki, fast fud sahəsində sarı və qırmızı rənglər üstünlük təşkil edir. Bu təsadüfi rənglər deyil. Fast fudun ayrılmaz parçası olan ketçup və xardalın rənglərini özündə birləşdirən restoranlar insanlara şüuraltı ismarıc verir ki "dayan və yemək ye".

4. İçkilərin kiçik, orta, böyük və ekstra böyük şəkildə təklif olunması insanları çaşdırır. Əslində büdcəsini nəzərə alan müştərilər böyük ölçülü içkini sifariş etdikdə onlara böyük ölçülü içkinin qiymətinə orta ölçülü, orta ölçülü içki sifariş etdikdə isə kiçik ölçülü içki verilir.

5. Restoranlarda içdiyimiz suların dadı mağazadan alınan suların dadından fərqli gəlir. Əslində bu belə deyil. Dad eynidir. Sadəcə, restoranlarda təklif olunan içkilərə müxtəlif firma konsentratları qatılır ki, bu da cüzi dad fərqi yaradır.

6. Bəzən sifariş verərkən bizə artıq hazır halda olan hamburger və kartoflar verilir. Əslində bu cür qidaları uzun müddət saxlamaq olmaz. Adi kortoflar ən çox 5 dəqiqə təzə qalırsa, hamburgerlər 20 dəqiqədən sonra tərkibini itirir. Bu həm qidanın dadını dəyişir, həm də sizin orqanizminizə ziyandır.

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR