5 gün internetsiz qaldılar, GÖRÜN NƏ BAŞ VERDİ - VİDEO
Bizi izləyin

Maraq dünyası

5 gün internetsiz qaldılar, GÖRÜN NƏ BAŞ VERDİ - VİDEO

Britaniyanın “Channel 5” telekanalı maraqlı eksperimenti nəzərdən keçirib.

Publika.az bildirir ki, kanal 5 könüllünü seçərək, 5 gün ərzində təkkameralı təcridxana otağını xatırladan, bütün müasir kommunikasiyalardan təcrid olunmuş palatada internetin yoxluğuna necə tab gətirəcəklərini yoxlamaq qərarına gəlib. Sınağın nəticələri “In Solitary” (təklikdə) şousunda nümayiş olunub.

Sınaq iştirakçılarını yaşam üçün vacib olan hər şeylə təmin ediblər: su, yemək, rahat çarpayı, tualet və s. Bundan başqa, könüllülərə özləri ilə 3 istənilən predmeti götürməyi təklif ediblər, təbii ki, elektron qurğulardan başqa! Sınağın mahiyyəti də məhz budur: müasir insan texnologiyasız özünü necə hiss edir?

Publika.az “The Sun”a istinadən qeyd edir ki, sınaq onun iştirakçıları üçün gözlənildiyindən daha mürəkkəb keçib. Belə ki, 28 yaşlı Şarmeyn cəmi 4 saat dözə bilib. Artıq ikinci saatda o, güclü yalqızlıq hiss edir və təlaş içində düyməni basır.

“Channel 5” kanalının aparıcısı da könüllülər arasında idi və özünü yoxlamaq istəyirdi. Növbəti çıxış düyməsinə basan da məhz o oldu. Aparıcı Corc Lem cəmi 1 sutka tab gətirə bildi. O, qəfil lampaya qışqıraraq, gərgin şəkildə sınaqdan çıxdı.

Qalan 3 iştirakçı sınağın sonuna kimi qala bildilər. Lakin onlar cəmiyyətdən və şəbəkədən təcrid olunmanın əzabını öz dərilərində hiss ediblər. Sara adlı iştirakçının əsəbdən ürəyi bulanırdı, aktiv internet istifadəçisi Lloyd adlı şəxs isə şiddətli şəkildə darıxaraq otaqda yerləşdirilmiş kameralarla danışmağa başlamışdı. Daha bir iştirakçı Lyusi bütün 5 günü rəsm çəkərək sakitliyini qorumağa çalışıb.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm