Məşhur hind milyonçusu Bodrumda oğluna 4 gün, 4 gecə MÖHTƏŞƏM TOY ETDİ – FOTO
Bizi izləyin

Maraq dünyası

Məşhur hind milyonçusu Bodrumda oğluna 4 gün, 4 gecə MÖHTƏŞƏM TOY ETDİ – FOTO

Hindistanın məşhur milyonçusu Anıl Qupta oğlunun Bodrumda 4 gün, 4 gecə keçirilən toyuna 3 milyon dollar pul xərcləyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın ən zəngin ailələrindən birinə mənsub olan Anıl Qupta oğlu Rahul Quptaya Bodrumda təmtəraqlı toy edib. Milyonçu oğlu Sunil və Rahmi Aqarvalın qızı Harişts Aqarvalla evlənib. Toy üçün icarəyə götürülən xüsusi təyyarə ilə Bodruma 250 hindli qonaq gəlib. Beş ulduzlu hoteldə baş tutan toy 4 gün, 4 gecə davam edib.

Toyun son günü Rahul Qupta və yaxınları Barak mərasimi keçirib. Gəlin gəlməzdən əvvəl bəy Hind ənənələrini yerinə yetirib. Daha sonra gəlin Harşita Aqarval yaxınları ilə birlikdə mərasim meydanına gəlib. Dini mərasimdən sonra cütlük sədaqət andı içərək rəsmi nikaha girib. Nikah mərasimindən sonra qonaqlar hind mahnıları altında səhərə qədər rəqs edib, əylənib.

Dəvətlilərə 400 personal xidmət göstərib, hətta Tailanddan 100 ofisiant gətizdirilib.

Toy üçün hind mətbəxinə xas təamları Hindistandan xüsusi olaraq gələn 35 aşpaz hazırlayıb. Yeməklərdə istifadə edilən xüsusi ədviyyatlar da Hindistandan gətirilib. 4 gün, 4 gecə davam edən toyun xərclərinin 3 milyon dolları keçdiyi irəli sürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm