Peyğəmbərin ruhu içinə girdi, hamının öləcəyi günü... – Orta məktəbdə BİABIRÇI HADİSƏ (FOTO)
Bizi izləyin

Maraq dünyası

Peyğəmbərin ruhu içinə girdi, hamının öləcəyi günü... – Orta məktəbdə BİABIRÇI HADİSƏ (FOTO)

Türkiyənin Antalya vilayətinin Serik mahalında orta məktəblərdən birində maraqlı bir hadisə baş verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, İsa peyğəmbərin ruhunun onun içinə girdiyini iddia edən 35 yaşlı müəllim işindən kənarlaşdırılıb.

Məlumata görə, o, aprelin 19-da sinifdə dərs demək istəməyib, “dərsi bir kənara qoyaq, bir az qiyamətdən danışaq” deyib. İngilis dilini tədris edən müəllim İsa peyğımbərin ruhunun onun içinə girdiyiyini, hər kəsin nə zaman öləcəyini və qiyamətin nə zaman olacağını bildiyini söyləyib.

Bu söhbətlərdən qorxan bəzi şagirdlər çölə çıxıblar.

Daha sonra bəzi şagirdlər müəllimdən “bunu niyə edirsiniz?” deyə soruşub. Müəllim bunu şagirdlərinə cəsarətli olmaları üçün danışdığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm